Çadda 11 aprel prezident seçkilərində 6-cı dəfə qalib gələn İdris Deby İtno öldürülüb. 

Unikal.org xəbər verir ki, Çadda  separatçılara qarşı əməliyyata qatılan 68 yaşlı prezident  sui-qəsdin qurbanı olub. Belə ki, sələhiyyətli şəxslər onun yaralandığını bildirsələr də, prezidentin ölüm xəbərini  ölkə mətbuatı təsdiqləyib. 

Qeyd edək ki,  prezidentin öldürülməsi ilə  ölkədə  qarşıdurma yaranıb.  Çad hökuməti ölkədə  14 günlü komendant saatı  tətbiq edib.