Bir qrup Bərdə rayon sakini mart və aprel aylarında Rayon Polis Şöbəsinə (RPŞ) ərizə ilə müraciət edərək onlara məxsus məişət əşyalarının oğurlanması barədə məlumat veriblər.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan Unikal.org-a bildirilib ki, daxil olan məlumatlar əsasında Bərdə RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməllərini törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Araşdırmalarla onların Bərdə şəhər sakini Ramin Cəfərov və Mingəçevir şəhər sakini Mətləb İsayev olduğu müəyyən edilib.

Onların birlikdə məişət əşyaları və su motorları oğurlamaqla zərərçəkmiş şəxslərə 3 min manat civarında ziyan vurduğu məlum olub.

Faktla bağlı Bərdə RPŞ-də araşdırma aparılır.