Ermənistanda son sutka ərzində daha 1033 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Unikal.org  xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 210 518 nəfərə yüksəlib.

Ermənistanda koronavirusdan bir gündə 25 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 3944-ə çatıb. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 987 nəfərdir.

Aktiv xəstələrin sayı 15 316 nəfər təşkil edir.