Siyəzən rayonunda su kanalında batan yeniyetmə tapılıb.

Bu barədə Unikal.org-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, aprelin 20-də Taxtakörpü-Ceyranbatan su kanalının Siyəzən rayonu ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 2007-ci il təvəllüdlü Quliyev Murad Şahin oğlunun axtarışları başa çatıb.

M.Quliyevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq kanaldan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.