Dünyaca nəhəng alqı-satqı  şirkəti "Amazon" səhmlərini  daha da genişləndirmək üçün gözəllik salonu açacaq. 

Unikal.org xəbər verir ki, şirkət bunu Londonda həyata keçirəcək.  Belə ki, eksperimental salonda saç baxımı və saç üslubu xidmətləri, eləcə də saç dizaynı üzrə məsləhətlər veriləcək.

"Amazon" bununla da  yeni texnologiyalarını və məhsullarını sınamaq üçün salon açmaq qərarına gəlib. 

Həmçinin də, hər salonda "Amazon"un "Fire" tabletləri yer alacaq və müştərilər QR kodunu skan edərək şirkətin İngiltərədəki mağazasından məhsul ala biləcəklər.