Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xarici işlər naziri Mövlud Çavuşoğluna Yunanıstanın xarici işlər naziri Nikos Dendiasa verdiyi cavaba görə təşəkkür edib.

Unikal.org xəbər verir ki, bu barədə Türkiyə Prezidenti AKP-nin qrup iclasında çıxışı zamanı bildirib.

“Əsla başımızı əyməyəcək və dik tutacağıq”, - deyə Ərdoğan vurğulayıb.