İtaliyanın "İnter" və İspaniyanın "Atletiko" (Madrid) klubları Avropa Super Liqasından ayrıldıqlarını açıqlayıb.

Unikal.org xəbər verir ki, bu barədə hər iki klubun rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, daha əvvəl İngiltərənin "Liverpul", "Arsenal", "Mançester Yunayted", "Tottenhem" və "Çelsi" klubları Superliqanı tərk edib.