19.04.2021-ci il tarixində ATMU və Bakı Fond Birjası QSC arasında olan əməkdaşlığa əsasən universitet tələbləri üçün “Bakı Fond Birjasına virtual səyahət” mövzusunda tədbir baş tutub.

Unikal.org xəbər verir ki, onlayn formatda baş tutan görüşdə Bakı Fond Birjasının əməkdaşları tərəfindən qurumun fəaliyyəti, Bakı Fond Birjasında listinq, qiymətli kağız buraxılışı, Listinq Məsləhət Proqramı və digər məsələlər barədə tələbələrə ətraflı məlumat verilməklə yanaşı onları maraqlandıran suallar cavablandırıldı.