Ermənistanda Nikol Paşinyana qarşı etirazlar səngimək bilmir. 

Unikal.org erməni  KİV-ə istinadən xəbər verir ki, bir qrup gənc İrəvanda hökumət binasının qapısına dayanaraq  "Nikol get"  , "Nikol xaindir" şüarları  səsləndirib. Hətta gənclərdən biri  "Biz Nikol Paşinyanı hökumət binasına qoymuruq. O, bura layiq deyil",-  deyə etirazını  bildirib. Hadisə  yerinə çox sayda polis qüvvələri cəlb edilib.  

Polislər  hökumət əleyhinə etiraz edən gəncləri  qandallayaraq bölməyə  aparıblar.

Qeyd edək ki, bu gün İrəvanda saat 11-də hökumət iclasının keçirilməsi planlaşdırılır.