“122 kiloqramdan artıq narkotik vasitə - heroinin ölkənin gömrük sərhədindən keçirilməsinə cəhdin qarşısı alınıb”.

Unikal.org-un xəbərinə görə, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev "Twitter"də bildirib.

“Əməliyyatçılarımızın peşəkarlığı nəticəsində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə gömrük orqanları daha bir uğurlu əməliyyat keçirib”, - deyə Dövlət Komitəsinin sədri qeyd edib.