“Ötən il Azərbaycan və Ermənistan arasında əldə edilmiş atəşkəs yeni bir səhifənin açılması üçün əhəmiyyətli fürsət yaradır”.

Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar ABŞ-ın “RealClearDefense” jurnalında 1915-ci il hadisələrinə dair çap olunan məqaləsində bildirib.

Türkiyəli nazir qeyd edib ki, Türkiyə 2021-ci ilin fevralında Ermənistanda hərbi çevrilişə cəhdi qınayan ilk ölkələrdən biri olub.

“Yalnız Ermənistan üçün deyil, bütövlükdə region üçün təhlükəsizlik, sabitlik, sülh və firavanlıq fürsəti əldən verilməməlidir”, - deyə H. Akar vurğulayıb.