Türkiyə Xarici İşlər Nazirliyi erməni terroru nəticəsinə qətlə yetirilən türk diplomatların xatirəsini yad edib.

Unikal.org xəbər verir ki, məsələ ilə bağlı nazirliyin tvitter səhifəsində yayılan paylaşımda deyilir:

“Yalanlar yalnız tarixi təhrif etmir, eyni zamanda günahsız canları da alır.

Erməni terroru nəticəsində şəhid olan həmkarlarımızı unutmadıq və heç vaxt unutmayacağıq! Rahat yatsınlar, heç bir yalana və təzyiqə boyun əyməyəcəyik”.