REAL televiziyasının rəhbəri Mirşahin Ağayev rəhbəri olduğu verilişdə "Sovetski" adlanan məhəllədən köçürülmüş bir qrup sakinlərin qaldırdığı problemlərə toxunub.

Unikal.org xəbər verir ki, M. Ağayev deyib ki, həmin sakinləri problemlərindən istifadə edərək hakimiyyətə qarşı qaldırırlar:

"Bu gün keçmiş "Sovetski" ərazisində hamımızın məmnuniyyətlə istifadə etdiyi parkın ona qədərki vəziyyəti yəqin çoxunun yadındadır. Göründüyü kimi bu qəribə aksiyanın iştirakçıları əməlli başlı pul qazananacaqlarını güman edərək məlumatsız, sadə insanları şirnikləşdirməklə öz maraqları uğrunda mübarizə aparırlar".