“Azərbaycan Prezidenti, qardaşım İlham Əliyevlə də Ermənistanla imzalanan razılaşmaların həyata keçirilməsi və son proseslər çərçivəsində atıla biləcək ortaq addımlarla bağlı bir telefon danışığımız oldu”.

Unikal.org xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin növbəti iclasından sonra keçirilən mətbuat konfransında bildirib.

Ərdoğan deyib ki, illərdir ki, çözümsüzlüyü çözüm kimi təqdim edənlərə ən gözəl cavabı Azərbaycanla birlikdə Qarabağda verdiyimizi bilirsiniz: “Önümüzdəki günlərdə bu çərçivədə atacağımız addımları daha da konkretləşdirəcəyik”.