Məşhur amerikalı müğənni Kanye Uestin 2008-ci il "Grammy Awards" mərasimində çıxışı zamanı geydiyi idman ayaqqabısı 1,8 milyon dollara satılıb. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, "Sotheby's"  auksion evi, müğənninin idman ayaqqabılarını xüsusi bir firma tərəfindən 1,8 milyon dollara satın aldığını açıqlayıb. 

Sözügedən idman ayaqqabılarının "indiyə qədər kütləvi satışda ən yüksək qiymət rekordunu" qırması da qeyd olunub.