Artıq üç mövsümdür ekranlara gələn "Bir zamanlar Çukurova" serialının çəkiliş meydanında son zamanlar tez-tez gərginlik yaşanır.

Unikal.org xəbər verir ki, bu dəfə də Fekeli obrazına həyat verən Kerem Alışık, Demir  rolunu ifa edən Murad Ünalmışla dalaşıb.

İkili arasında əvvəl kiçik mübahisə yaranıb. Buna səbəb Keremin ssenarini dəyişdirib başqa cür oynamaq istəməsi olub. Lakin həmkarı Murad buna etiraz edib. Daha sonra Alışık Ünalmışa söyüş söyüb. Nəticədə onlar arasındakı gərginlik davaya çevrilib. Baş verənləri isə ekran işinin rejissoru Murat Saraçoğlu lentə alaraq serialı ərsəyə gətirən şirkətə göndərib.