Hacıqabul Rayon İcra Hakimiyyətində (RİH) yeni təyinatlar olub.

Unikal.org-un əldə etdiyi məlumata görə, RİH-nin başçısı Rüstəm Xəlilovun əmri ilə, ehtiyatda olan baş leytanant Süleymanov Gülmirzə Nazil oğlu Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, Şirinov Azər Şahlar oğlu isə həmin şöbənin böyük məsləhətçisi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, vəzifəyə təyin olunan hər iki şəxs Vətən Müharibəsi iştirakçılarıdır.

Murad İbrahimli