Nadir Qafarzadənin mərhum Əməkdar artist Baloğlan Əşrəfovla bağlı yazdığı  “Cənnətdə görüşərik” şərhi izləyicilərin qınağına səbəb olub.

Unikal.org  xəbər verir ki,   müğənni  bu barədə  "Instagram" hesabında  onu tənqid  izləyicilərinin fikrinə  münasibət bildirib.  

 İfaçı hətta onu qınayanları  təhqir edib:

"Baloğlan Əşrəfov barədə yazdığım status niyə bu qədər qloballaşdı? Niyə cənnətə düşməyək? Bildirmişəm ki, siz cənnətə düşün, biz də arxanızca gələk. Bunu anlamaq çox çətindirsə, sizə cənnət qismət olmasın. Heç kim üçün ağlamağa, sızlamağa dəyməzmiş. Düşünün ki, kimsiz siz? “Çuşka”lar, “qıjı”lar... Bəli, bu adlar sizə aiddir. Bunu bəzi şərh yazanlara aid edirəm. Allah ölənlərə rəhmət etsin. Başlarını götürüb dırnaqarası azərbaycanlıların əlindən getdilər. Onu-bunu qınayırsız, qeybətini edirsiz, evlərini yıxırsız. Sizin işiniz, gücünüz budur”.

Qeyd edək ki,  Nadir Qafarzadə  sözügedən açıqlamanı instaqram səhifəsindən silib.