“Şənbə-bazar günləri ictimai nəqliyyat işləmədiyi üçün avtobus zolaqlarından istifadədə məhdudiyyət yoxdur”. 

Unikal.org-un məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli mətbuat konfransında bildirib. 

O qeyd edib ki, pandemiyaya görə hava nəqliyyatı üzrə uçuşlar dayandığı üçün Operativ Qərargahın qərarı ilə Hava limanı istiqamətində ekspress avtobuslar dayandırılıb. Bunun açılıb-açılmaması da Operativ Qərargahdan asılıdır. 

O, eyni zamanda avtobusların sayının artırılması məsələsinə də aydınlıq gətirib: “Avtobus sayını yox, yolunu artırmalıyıq. Metro bağlı olduğu üçün nə qədər avtobus çıxarsaq da, mümkün deyil”.(apa)