Tanınmış müğənni Günel Zeynalova Vadistanbulda alış-veriş edərkən görüntülənib. 

Unikal.org xəbər verir ki,  müğənni ayaqüstü jurnalistlərlə söhbət edib.

Günel son zamanlar sosial şəbəkələrdə haqqında yayılan “Çoxsaylı estetik əməliyyatlar etdirib” yazıları haqqında danışıb:

“Tez-tez belə xəbərlərin çıxmasına öyrəşdim. Mətbuatda yazılanlara əhəmiyyət vermirəm. Hazırda həyatımdan çox razıyam. Hər kəs də özünü necə xoşbəxt hiss edirsə, elə olmalıdır”.