Azərbaycan əsilli məşhur aktrisa Nəsrin Cavadzadə sevgilisi Gökhan Alkandan ayrılması haqda iddialara cavab verib.

Unikal.org xəbər verir ki, aktrisa xəbərləri yalanlayıb:

"Münasibətimizdə problem yoxdur. Her şey çox gözəl davam edir".

Qeyd edək ki, N.Cavadzadə sevgilisi G.Alkan ilə şəkillərini İnstaqram hesabından silib. Aktrisa ötən gün rol aldığı "Yasak elma" serialından ayrılıb.