UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər məlum olub.

Unikal.org-un qurumun saytına istinadən xəbər verir ki, ən yaxşı adına “Mançester Siti”dən Kevin de Bruyne, “Real”dan Kərim Benzema, “Çelsi”dən Nqolo Kante və PSJ-dən Anxel Di Mariya namizəd göstərilib.

Qalib, qitə futbol qurumunun rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermə nəticəsində müəyyənləşəcək.