Aktyor Taleh Yüzbəyov dələduzların qurbanı olub.

Unikal.org xəbər verir ki, o, sosail şəbəkə hesabı  "Instagram"dan bununla bağlı paylaşım edib.  

Belə ki,  Taleh  onun adından istifadə edərək saxta yarış keçirildiyini bildirib:

“Sosial şəbəkələrdə kimsə adımdan səhifə açıb, yarışlar keçirir. 50 min manat da pul mükafatı verir. Sizdən xahiş edirəm, bu cür oyunlara qoşulmayasınız. Bu işlə heç bir əlaqəm yoxdur. Həmin insanı şəxsən tanıyan varsa, ona xəbərdarlıq edin ki,  belə şey olmaz. Bu qədər söyüş və təhqirlə yaşamaq asan deyil. Söyüş sahibi olmasın”.