Azərbaycan Turizm və Menecment Universiteti (ATMU), Avstriya Respublikasının İMC Krems Tətbiqi Elmlər Universiteti (TEU) və Özbəkistan Respublikasının Daşkənd Dövlət İqtisadiyyat Universiteti (DDİU) arasındakı uyğun əməkdaşlıq müqaviləsi çərçivəsində onlayn tədbir keçirilib.

Unikal.org xəbər verir ki, Daşkənd Dövlət Universitetinin turizm ixtisası üzrə beynəlxalq proqramda təhsil alan tələbələrdən ötrü “Asudə vaxtın menecmenti” mövzusunda ustad dərsləri  Dövlət Turizm Agentliyinin (DTA) nümayəndəsi, sənaye ilə iş üzrə ekspert İlkin Cavadovun təqdimatında olub. Qarşılıqlı razılaşma əsasında ATMU tələbələri üçün özbək ekspertlər tərəfindən də adıkeçən mövzularda təqdimatların təşkiili nəzərdə tutulub. 

Məlumat üçün bildirək ki, turizm üzrə müxtəlif mövzularda fərqli təqdimatların may ayının sonuna qədər təşkili gözlənilir.