Bu gün saat 12:50 radələrində Xırdalan şəhəri ərazisində 119 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunda insident olub.

Unikal.org xəbər verir ki, 10 TG 080 dövlət qeydiyyat nişanlı avtobusa arxa qapıdan daxil olan sərnişinə sürücü marşrut xəttinin kart sistemi ilə fəaliyyət götərdiyini və ön qapıdan daxil olaraq ödəniş etməsini bildirib.

Bunu qəbul etməyən sərnişin sürücüyə hücum edərək ona yumruqla zərbə endirərək bədən xəsarətləri yetirib.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə məlumat verilib. Araşdırma aparılır.