Azərbaycan kubokunda yarımfinal mərhələsinə görüşləri keçirilir.

Unikal.org xəbər verir ki, əvvəlcə Premyer Liqanın lideri "Qarabağ" "Sumqayıt"ı qəbul edib. Komandalar arasında Sumqayıtda keçirilən görüşdə qol vurulmayıb.

Cavab qarşılaşması da qolsuz başa çatıb. Qalibi müəyyənləşdirmək üçün əlavə hissələr oynanılsa da, burada da qol vurulmayıb. Nəticədə qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq oynayan Sumqayıt təmsilçisi rəqibini 5:4 hesabı ilə məğlub edərək adını finala yazdırıb.

Günün digər matçında isə "Zirə" Keşlə"ni qəbul edəcək. Səfərdə keçirilən ilk görüşdə rəqibinə 2:1 hesabı ilə qalib gələn Rəşad Sadıqovun komandasının mərhələni adlamaq şansı daha böyükdür.

29 aprel

17:00.“Qarabağ” – “Sumqayıt” - 0:0 (Penaltilər- 4:5)

İlk oyun - 0:0
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, İnqilab Məmmədov
Tofiq Bəhramov adına Respublika Stadionu