Ağcabədi rayonunun Təzəkənd kəndində yanğın baş verib.

Unikal.org FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 112 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının tavanı 24 m² sahədə və ev əşyaları qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.