DTX-nin həbs etdiyi Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədova açılan cinayət işində adı keçən Famil Xəlilovun (Veyis Xəlilov) şəxsi münasibəti olduğu müğənnilər Şəbnəm Tovuzlu və Vəfa Şərifova arasında qalmaqal səngimək  bilmir. 

Unikal.org xəbər verir ki,  buna səbəb hər iki  müğənninin  iş adamı ilə münasibəti olması xəbərlərinin yayılması olub.

Belə ki, Vəfa sosial media hesabından video yayımlayaraq Şəbnəmlə faralarında yaranan söz-söhbətə aydınlıq gətirib.  

"Kiminsə əlini, ayağını, hədiyyələrini göstərib kiməsə acıq verməmişəm. Bir xanım müğənni ilə şəklimi yanyana qoyursuz və yazırsız sevgili olub. Bir kişinin həyatında çox qadın ola bilər. Həyat yoldaşımı keçmişinə görə qınaya bilmirəm. Əsas odur qadının keçmişi təmiz olsun. Həyat yoldaşımın həyatında 3-5 aylıq qiyməti bəlli olan insanlar ola bilər. Məni onla niyə vurursuz? Qız övladı böyüdürəm, ona görə çox şeydən keçmişəm".