“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi ictimaiyyətə müraciət edib.

Unikal.org-un məlumatına görə, müraciətdə bildirilir ki, Vətən Müharibəsindən sonra yaranmış yeni reallıqda “Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” və “Dağlıq Qarabağ bölgəsinin erməni icması” anlayışları öz aktuallığını və ictimai əhəmiyyətlərini itirib. Bütün bunları nəzərə alaraq, İctimai Birlik aprelin 30-da iclas keçirərək təşkilatın buraxılmasına və “Qarabağa dönüş” adlı ictimai birliyin yaradılmasına qərar verib.