Daşkəsən Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinə yeni baş inspektor təyin edilib.

Unikal.org-un məlumatına görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən bu vəzifəyə Dövlət Yol Polisinin 9-cu taqımında çalışmış, polis leytenantı Elşən İsmayılov təyin olunub.