Bakının Səbail rayonu, Badamdar qəsəbəsi, Rafiq İsgəndərov küçəsində 14 yaşlı yeniyetmənin başına daş piltəsi düşüb.

Unikal.org xəbər verir ki, hadisə nəticəsində 2007-ci il təvəllüdlü Şabanov Əli Mahir oğlu ağır kəllə-beyin travması alıb və komatoz vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Yeniyetmənin vəziyyətinin son dərəcə ağır olduğu bildirilir.