Qırğızıstan və Tacikistan hərbi qüvvələrin dövlət sərhəd xəttindən çıxarılmasını başa çatdırıb.

Unikal.org “TASS”a istinadən xəbər verir ki, bu barədə Qırğızıstanın Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidməti məlumat yayıb.

Hazırda Qırğızıstan-Tacikistan sərhədində və yaxın rayonlarda vəziyyət sabitdir. Tərəflər əlavə qüvvə və vasitələrin dövlət sərhəd xəttindən öz ərazilərinə qədər çıxarılmasını başa çatdırıblar. Ötən gecə ərzində qarşıdurma və atışma qeydə alınmayıb.