Ermənistanda son sutka ərzində daha 267 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Unikal.org  “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 217 008 nəfərə çatıb. Ermənistanda koronavirusdan bir gündə 10 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 4149-a yüksəlib.

Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1026 nəfərdir. Aktiv xəstələrin sayı 11 361 nəfər təşkil edir.