Koronavirusa  yoluxan Xalq artisti Arif Quliyevin  vəziyyəti ağır olaraq qalır. 

Bununla bağlı Unikal.org-a sənətçinin oğlu Rövşən Quliyev açıqlama  verib. 

O, bildirib ki,atasının səhhətində heç bir dəyişiklik yoxdur: "Hələ də atam, reanimasiya şöbəsindədir. Vəziyyəti  ağır olaraq qalır. Süni tənəffüs  aparatına qoşulub. Tezliklə sağalmasını  ümid edirik". 

Qeyd edək ki,  Arif Quliyev "Yeni klinika"da müalicəsini  davam etdirir. 

Gülayə Mecid