Avropa Dərman Agentliyi BioNTech-Pfizer peyvəndinin 12-15 yaş qruplarındakı uşaqlara istifadə olunması üçün qiymətləndirmə prosesinə başlayıb.

Unikal.org xəbər verir ki, agentlik nəticələrin iyun ayında açıqlanacağına ümid etdiyini qeyd edib.

“Sürətləndirilmiş” qiymətləndirmə prosesində 12 yaşdan yuxarı yeniyetmələrin üzərində aparılan klinik araşdırmaların nəticələri açıqlanacaq.

Qeyd edək ki, BioNTech-Pfizer peyvəndi 2020-ci ilin dejabrında Avropa Dərman Agentliyi tərəfindən təsdiq edilib, yanvardan isə tətbiqinə başlanılıb.