Türkiyənin reytinqli seriallarından  olan "Sefirin kızı"  finala hazırlaşır.

Unikal.org  xəbər verir ki, Engin Akyürek ilə Tuba Büyüküstünün baş rolda çəkildiyi ekran işi 52-ci bölümlə tamaşaçılarla vidalaşacaq.

Serialın son iki bölümündə isə Tuba yer almayacaq. Onun şirkətlə müqaviləsinin vaxtı bitib. Çəkiliş məkanı Bodrumda qurulan "Sefirin kızı" mayın 11-də final bölümünü yayımlayacaq.