Sosial şəbəkələrdə "100" və "110"la başlayan avtomobil qeydiyyat nişanlarının fotosu yayılıb. 

Yayılan fotolarla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev Unikal.org-a açıqlamasında bildirib ki, qeydiyyat nişanlarının seriyası ilə bağlı hər hansı yenilik yoxdur:

""100" seriyası ilə başlayan dövlət qeydiyyat nişanları diplomatik korpuslara, "110"la başlayan qeydiyyat nişanları isə traktorlara verilir".

Murad İbrahimli