"Mədəniyyət" və "ARB Günəş" telekanallarında yayımlanan “Dərs vaxtı” proqramının mayın 5-i üçün nəzərdə tutulan cədvəli açıqlanıb.

Bu barədə Unikal.org-a Təhsil Nazirliyindən məlumat verilib.

"Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Teledərslər ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkandır", - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər və ya yenidən izləmək istəyənlər keçirilmiş dərsləri "Dərs vaxtı"nın "Facebook" səhifəsindən (https://www.facebook.com/dersvaxti.edu.az/), eyni zamanda videodərslər portalından (https://video.edu.az/) izləyə bilərlər.