Bəzi informasiya saytlarında Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Gəncə şəhərində yerləşən 2 saylı İstintaq təcridxanasında guya həbs edilmiş ayrı-ayrı şəxslərin imtiyazlı şəraitdə saxlanılmasına dair məlumat dərc olunmuşdur.

​Penitensiar xidmətdən Unikal.org-a verilən məlumata görə, həmin məlumatın yoxlanılması üçün dərhal Təcridxanaya baş çəkilmiş, həbsdə olan şəxslərin saxlanma şəraiti ilə tanış olunmuş və yerində araşdırma aparılmışdır. Nəticədə məlumatın yanlış olmaqla həqiqəti əks etdirmədiyi və ictimaiyyətdə yalnız çaşqınlıq yaratmaq məqsədi daşıdığı müəyyən edilmişdir.