Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq şairi Fikrət Qoca dəfn olunub.

Unikal.org xəbər verir ki, mərhum I Fəxri xiyabanda torpağa tapşırılıb.

***

10:42

Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, xalq şairi Fikrət Qocanın dəfn ediləcəyi yer məlum olub.

Azərbaycan Yazıçılar Birliyindən Unikal.org-a verilən məlumata görə, xalq şairi birinci Fəxri Xiyabanda dəfn olunacaq.

Mərhumun nəşi təxminən saat 15:00-16:00-da götürüləcək.

Qeyd edək ki, F.Qoca bu gün səhər saatlarında uzun sürən xəstəlikdən dünyasını dəyişib.