Xəbər verdiyimiz  kimi, ötən gün müğənni Aslan Hüseynov  avtomobil qəzasında dünyasını dəyişib.

Unikal.org xəbər verir ki, müğənninin ani ölümü sənət dostlarını  kədərə  boğub.  Bir sıra sənət adamları müğənninin ölümü ilə bağı paylaşım edib.  Belə ki, müğənni  Nadir Qafarzadə  "İnstagram" hesabından Aslanın ölümünə kədərlənən  ifaçı sənət dostlarına  "vaxtında dəyər verərdiniz" deyə  səslənib:

"Ölüm gözlə qaş arasındadır. Mehriban olaq, bir-birimizi istəyək, az qarğışlayaq. Bir-birimizi itirəndən sonra deməyək, yaxşı oğlan idi. Ona sağlığında qiymət verək.  Bir-birimizi  didməyək, parçalamayaq. Aslan, sənə Allah rəhmət eləsin. Bir həftənin içində ananı itirdin. Cənnətdə ananla görüş. Gedən yolun mübarək, haqq dünyasına qovuşdun. Yenə bu videodan sonra paylaşıb, məni tənqid və təhqir edəcəksiniz. Sabah öləndən sonra deyəcəksiniz ki, yaxşı oğlan idi. İndidən deyin ki, yaxşı oğlandır".