Azərbaycan Ordusunun Vətən müharibəsində itkin düşən daha bir hərbi qulluqçusunun nəşi tapılıb.

Unikal.org xəbər verir ki, döyüşlərin ilk günlərindən itkin düşən Mingəçevir sakini, 1990-cı il təvəllüdlü Tağıyev Pərviz Hafiz oğlunun torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olduğu təsdiqlənib.

Onun nəşi Suqovuşan-Tərtər istiqamətində aşkarlanıb.

Şəhid bu gün Mingəçevir Şəhidlər xiyabanında torpağa tapşırılacaq.

P.Tağıyev subay idi.