Oynaq ifaları, ruhumuzu oxşayan bəstələri, həyati məna kəsb edən ssenariləri ilə yaddaşlara həkk olunan, onlara nəfəs verən sənətçilər, bu gün artıq yoxdurlar. Son aylarda Azərbaycan Mədəniyyət nümayəndələrinin qəfil ölümləri  xalqımızı dərin kədərə, qəmə  boğub.  

Unikal.org 2021-ci ildə dünyasını dəyişən sənət adamlarını təqdim edir:

Nailə Mirməmmədli — Vikipediya

Əməkdar incəsənət xadimi Nailə  Mirməmmədli

Yeni ilin ilk günlərində  hər birimizi kədər  boğan -  Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Nailə Mirməmmədlinin qəfil ölümü oldu. Tanınmış bəstəkar  4 yanvar 2021-ci ildə ürək tutmasından dünyasını dəyişib.

Küçədə balıq satdı, qardaşını Rusiyada öldürdülər - Yalçın Rzazadə ilə  bağlı maraqlı faktlar

 

Xalq artisti Yalçın Rzazadə  

Xalq artisti, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin vokal və pop musiqi kafedrasının müdiri Yalçın Rzazadə 22 fevral 2021-ci ildə 74 yaşında vəfat edib. Yalçın Rzazadə uzun sürən xəstəlikdən dünyasını dəyişib.Eldar Quliyev film üçün Nizami Gəncəvinin ruhundan məsləhət alıb - ŞOK  ETİRAF - Modern.Az Azərbaycan və dünya xəbərləri

Xalq artisti Eldar Quliyev 

Kinorejissor, ssenarist, SSR xalq artisti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kino kafedrasının professoru Eldar Quliyev Azərbaycan kino sahəsində bir məktəb yaratıb.  Bir müddət əvvəl infarkt keçirmiş sənətkar,  16 aprel 2021-ci ildə müalicə aldığı Respublika Müalicəvi Diaqnostika Mərkəzində vəfat edib.

Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) vəziyyəti ağırlaşıb

Xalq artisti Rəmiş (Rafiq Hüseynov)

Ustad gitara ifaçısı Rəmiş də  sənət dünyaından  zamansız ayrıldı. Xroniki xəstəlikdən əziyyət  çəkən xalq artisti 76 yaşında  5 aprel 2021-ci ildə müalicə aldığı xəstəxanada həyatla vidalaşdı. 

Baloğlan Əşrəfov ürəyini MUZ TV Azərbaycan-a boşaltdı - “Çox insana  xeyir-dua vermişəm”

Əməkdar artist Baloğlan Əşrəfov

Əməkdar artist  26 aprel 2021-ci ildə 69 yaşında Covid-19 xəstəliyindən dünyasını dəyişib. Sənətkar doğulduğu Masallı rayonunun Bədəlan kəndində doğmalarının məzarı yanında torpağa tapşırılıb.

Müğənni Aslan Hüseynov faciəvi şəkildə vəfat etdi - VİDEO

Müğənni Aslan Hüseynov 

Məşhur müğənni Aslan Hüseynovun ötən gün Bakı-Qazax yolunun 60 kilometrliyində "BMW" markalı minik avtomobili ilə "KamAZ" markalı yük maşını toqquşması  nəticəsində, 54 yaşında dünyasını  dəyişib. Xatıladaq ki, 26 apreldə müğənninin anası da dünyasını dəyişmişdi. Aslan Hüseynov Gəncədə anasının məzarının yanında dəfn edilib.

Gülayə Mecid