"Microsoft"un yaradıcısı Bill Qeyts və 27 illik həyat yoldaşı Melinda Qeytsin boşanma xəbəri günlərdir gündəmdən düşmür.

Unikal.org xəbər verir ki, 65 yaşlı iş adamı rəsmi tvitter hesabında özünün və 56 yaşlı xanımının boşanma qərarı aldığını yazıb. 

Belə ki, 1994-cü ildə evlənən cütlük nikah müqaviləsi bağlayıb. İllərlə gizli saxlanılan müqavilədə əmlakı da nəzərə alan cütlük,  indi  124 milyard dəyərində  olan sərvəti  bölüşəcəklər.  Qeytslər ailəsi müqavilənin detallarını mətbuatdan uzaq tutmağa çalışsalar da, bu barədə KİV araşdırma aparıb. 

124 milyard dollarlıq sərvəti ilə Bill Qeyts, "Forbes" jurnalına görə dünyanın ən varlı adamları arasında dördüncüdür.

Bill  sərvətini 1970-ci illərdə qurduğu və bu gün dünyanın ən böyük proqram təminatı şirkəti olan "Microsoft"a borcludur. Bununla da Qeyts  cütlüyünün ABŞ-ın Vaşiqton, Florida, Kaliforniya və Vyoming ştatlarında beş fərqli evi var. Bunların arasında Kaliforniyada yerləşən evin dəyəri 43 milyon, Floridadakı evin dəyəri isə  59 milyon dollardır. Ancaq cütlüyün ən görkəmli evi Vaşinqtonda 125 milyon dollar dəyərində Xanadu Mansion göl evidir.

Texnologiyaları və daşınmaz əmlak investisiyaları ilə diqqət çəkən cütlük əkinçilik ərazilərinə investisiya qoymaqla da məşhurdur. ABŞ-da ən çox əraziyə sahib olan iş adamlarından biri olan Qeyts, 18 fərqli ştatda 970 min dekar əraziyə sahibdir.

Bill ve Melinda Gates çifti boşanacaklarını duyurmadan önce 'mal paylaşımında' anlaştı

Avtomobil həvəskarı olan Bill, 30 avtomobil tutumlu nəhəng bir avtomobil parkına sahibdir. Belə ki, zəngin iş adamının hər birində 65 milyon dollarlıq iki "Gulfstream G650ER" jeti, qiyməti 19-19 milyon dollar olan iki "Bombardier Challenger "350 təyyarəsi,  "Cessna" dəniz təyyarəsi və bir çox helikopteri var.

Bill ve Melinda Gates çifti boşanacaklarını duyurmadan önce 'mal paylaşımında' anlaştı

Bunlarla yanaşı sənətə xüsusi maraq göstərən Qeyts kolleksiyasının ən dəyərli əsərlərindən biri, Leonardo da Vinçinin eskizləri və əsərlərinin qeydlərini özündə cəmləşdirən dəftərdir. Bill, 1994-cü ildə "Christie's New York" tərəfindən təşkil edilən auksionda bu dəftəri 30 milyon dollara satın alıb. 

Bill ve Melinda Gates çifti boşanacaklarını duyurmadan önce 'mal paylaşımında' anlaştı

Qeyd edək ki,  Bill Qeytsin Melinda ilə evlilikdən 3 uşağı var.