Türkiyəli məşhur  müğənnilərdən biri Seda Sayan Qayrettepedən Boğaza köçür.

Unikal.org  xəbər verir ki, sənətçi 4 milyon dollara villa alıb. Hazırda Seda yeni evinin təmir işləri ilə məşğuldur.

Sayan bu günə kimi qazandığı pulların böyük hissəsini mülklərə xərcləyib. İstanbulda 30 evi, Bodrumda 3 villası, Londonda bir mənzili olan ifaçı Türkiyənin varlı əmlakçısı adlandırlır.