Qazaxıstan və Qırğızıstan sərhədində 5.2 bal gücündə zəlzələ baş verib.

Unikal.org xəbər verir ki, bu barədə Qazaxıstanın seysmoloji xidməti məlumat yayıb.

Yeraltı təkanlar Nur-Sultan vaxtı ilə 13.07-də qeydə alınıb.Zəlzələnin episentri Almatı şəhərindən 199 kilometr cənub-şərqdə Qazaxıstan və Qırğızıstanın sərhədində olub. Zəlzələnin ocağı 15 km dərinlikdə olub.