Gəncədə təcili tibbi yardım avtomobilinin sürücüsünün meyiti asılmış vəziyyətdə tapılıb.

Unikal.org-un məlumatına görə, hadisə şəhərin Heydər Əliyev Park Kompleksində qeydə alınıb. Gəncə şəhər təcili tibbi yardım stansiyasında sürücü işləyən Asəf Əliyevin meyiti parkda asılmış vəziyyətdə aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.