Ermənistanın ikinci prezidenti Robert Koçəryan 20 iyunda keçirilməsi planlaşdırılan erkən parlament seçkilərində “Daşnaksütyun” və “Dirçələn Ermənistan” partiyalar blokuna rəhbərlik edəcək.

Unikal.org  xəbər verir ki, bu barədə "Dirçəliş Ermənistan" partiyasının bəyanatında deyilir.

"Ermənistanda və Artsaxda (Qarabağ – red.) fəlakətli vəziyyəti nəzərə alaraq, həmfikir olan və ideologiyamızı bölüşən siyasi qüvvələrlə birlikdə seçkilərdə iştirak etməyə qərar verdik. Partiyamız erkən seçkilərdə “Daşnaksütyun”la ittifaqda və ikinci prezident Koçaryanın rəhbərlik etdiyi blokla seçkilərdə iştirak edəcək”, - açıqlamada deyilir.