Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində itkin düşmüş hərbçisinin nəşi tapılıb.

Unikal.org xəbər verir ki, 7 aylıq axtarışlardan sonra bu gün kapitan Rəhmətov Əbülfəz Hüseynverdi oğlunun şəhid olduğu müəyyənləşdirilib.

Lerik rayonunun Anbu kəndində anadan olan kapitan Rəhmətov Əbülfəz Hüseynverdi oğlu ikinci Qarabağ müharibəsi zamanı Cəbrayıl və Qubadlının azad olunması uğrunda döyüşlərdə qəhrəmanlıq nümayiş etdirib. Ötən il oktyabrın 15-dən sonra Ə.Rəhmətovla əlaqə saxlamaq mümkün olmayıb. Uzun axtarışlardan sonra bu gün onun şəhid olduğu müəyyən edilib.

Qeyd edək ki, Ə.Rəhmətov həmçinin Aprel döyüşlərində, ötən ilin Tovuz döyüşlərində bir sıra qəhrəmanlıqlar nümayiş etdirib.(report.az)

Allah rəhmət eləsin.