Fransanın PSJ klubunun sabiq qapıçısı Kristof Reva dünyasını dəyişib.

Unikal.org xəbər verir ki,49 yaşlı veteran qolkiper evində ölü tapılıb. Onun ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Kristof Reva daha çox ölkəsi Fransadakı çıxışları ilə məşhur olub. 1996 - 1998-ci illərdə PSJ-nin şərəfini qorumuş mərhum qapıçı "Havr", "Renn" və "Tuluza" komandalarında da çıxş edib. O, 3 dəfə çemionatın ən yaxşı qolkiperi seçilib.